Sosial şəbəkədə biz:

MN-nin ləğv edilən qurumu yeni adla fəaliyyətə başlayıb, rəis təyin olunub - Polkovnik işdən çıxarılıb

28 February 2023, 09:30
Gündəm

Müdafiə Nazirliyinin ləğv edilən qurumu yeni adla fəaliyyətə başlayıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyası 3 noyabr 2022-ci il tarixli protokolla ləğv olunub. Qurumun rəisi, tibb xidməti polkovniki Elçin Abdullayev isə vəzifəsindən azad edilib. 

Elçin Abdullayev
Artıq ləğv edilən qurumun yerində Müdafiə Nazirliyinin İstirahət Evi yaradılıb. Bu quruma isə Kamil Cəlilov rəis təyin edilib.