Sosial şəbəkədə biz:

Rövnəq Abdullayev qadın futbolundan danışdı: "Müsəlman ölkələrində öncüldür"

01 March 2023, 11:46
Gündəm

Azərbaycanda qadın futbolu cavan olsa da Şərqdə, müsəlman ölkələrində ən öncül sıralarda durur.

Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev FIFA TV-yə qısa müsahibəsi zamanı deyib.

O bildirib ki, FİFA-nın dəstəyi ilə 2013-cü ildə Azərbaycanda qızlar arasında 17-ci dünya çempionatının keçirilməsi ölkəmizdə qadın futboluna böyük dəstək oldu: "Beləliklə Azərbaycanda qadın futbolu inkişaf etməyə başladı".

Qeyd edək ki, fevralın 28-də FIFA-nın prezidenti Gianni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Görüşdən sonra AFFA prezidenti FIFA TV-yə qısa müsahibə verib.

https://www.youtube.com/watch?v=tsxNP2BoDKc

AzVision.az