Sosial şəbəkədə biz:

Londonda hökumət əleyhinə aksiya - Xəsarət alanlar var (Foto)

Londonun mərkəzində sərt qənaət tədbirlərinə və hakim Mühafizəkar Partiyasının siyasətinə qarşı keçirilən etiraz aksiyası zamanı baş vermiş iğtişaşlar nəticəsində beş polis əməkdaşı xəsarət alıb.
Azinforum.az  “TASS”a istinadən  xəbər görə, “Hakimiyyət xalqa” şüarı səsləndirən yüzlərlə etirazçı baş nazir Devid Kemeronun iqamətgahı qarşısında aksiya keçirib.
Məlumata görə, polislərə şüşə qabları və tüstü şaşkaları atan etirazçılardan beşi, ümumilikdə isə 17 nəfər saxlanılıb. İğtişaşlar səbəbindən mərkəzi Uaytholl strit küçəsi bir neçə saatlıq bağlanılıb.
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Devid Kemeronun rəhbəri olduğu Mühafizəkar Partiyası mayın 7-də keçirilmiş parlament seçkilərində qələbə qazanıb.
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol