Sosial şəbəkədə biz:

“Demişdim ki, öləndə Hacı Şahin gəlsin...” - Fədayə Laçın

03 March 2023, 08:21
Gündəm

Müğənni Fədayə Laçının doğmalarına açıqladığı vəsiyyəti gerçəkləşməyəcək. 

Buna səbəb isə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin bu gün vəfat etməsidir. Sənətçi bu barədə sosial şəbəkədə yazıb: “Çox acı xəbər oldu. Allah rəhmət eləsin. Yaxınlarıma demişdim ki, mən öləndə Hacı Şahin gəlsin, o gözəl sözləriylə, şeirlə, qəzəllə məni dəfn edin. Bu arzum da gözümdə qaldı”. 

Qeyd edək ki, ilahiyyatçı bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.