Üç gün iş olmayacaq
Azərbaycanda may ayının 30-da qeyri iş günü olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. 28 May - Respublika Günü şənbə gününə düşdüyündən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq. Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.