Sosial şəbəkədə biz:

Ombudsman: "Əlilliklə bağlı süründürməçiliyin qarşısı alınmalıdır"

04 March 2023, 09:00
Gündəm

Azərbaycanda əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı yol verilən süründürməçiliyin qarşısı alınmalıdır.

Report-un xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə əillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı süründürməçiliyin qarşısının alınması və obyektivliyin təmin edilməsi məqsədilə tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsi təklif olunur.