Sosial şəbəkədə biz:

Azərbaycan hərbçisi minaya düşərək şəhid olub

06 March 2023, 08:19
Gündəm

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.

Bu barədə Azinforum.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin", - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.