Sosial şəbəkədə biz:

"Araz Supermarket" vətəndaşı borca görə məhkəməyə verdi

07 March 2023, 12:15
Gündəm

"Araz Supermarket" MMC vətəndaşla bağlı məhkəməyə müraciət edib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, supermarket Səfərli Turan Rövşən qızını məhkəməyə verərək borc müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.