Sosial şəbəkədə biz:

Kılıçdaroğlu Akşenerdən danışdı: “Arada millətçi damarı tutur“

07 March 2023, 18:37
Gündəm

Türkiyə müxalifətinin prezident postuna namizədi Kamal Kılıçdaroğlu aralarında mübahisə yaranan İYİ partiyanın sədri Meral Akşenerdən danışıb. 

O, rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının (CHP) parlamentdəki iclasında çıxışı edib. 

"Meral Akşener böyük mübarizə aparır. Bunu bilməyinizi istəyirəm. Mən ona minnətdaram. Lazım gəlsə, yumruğunu stola vurur, ya da arada millətçi damarı tutur", - deyə Kılıçdaroğlu bildirib.