Sosial şəbəkədə biz:

“Xarici agentlər” haqqında qanun Gürcüstanın Aİ-yə üzvlük istəyinə ziddir - Borrel

08 March 2023, 11:31
Gündəm

Xarici agentlər haqqında qanunun gürcü dilindəki variantının qəbulu Gürcüstan və onun xalqı üçün pis hadisədir və Tbilisinin Avropa İttifaqına daxil olmaq istəklərinə ziddir.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin yaydığı bəyanatda deyilir.