Sosial şəbəkədə biz:

Azərbaycanda bu ali təhsil müəssisələri bağlana bilər

13 March 2023, 12:28
Gündəm

Bu ildən ali təhsil müəssisələrinin akreditasiyasına başlanılır.

Bunu bu gün elm və təhsil naziri emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.

Nazir bildirib ki, akreditasiyadan keçə bilməyən ali təhsil müəssisələrinə bir il vaxt veriləcək:

"Ali təhsil müəssisəsi bir ildən sonra da akreditasiyadan keçə bilməsə, ali təhsil müəssisəsinin lisenziyası ləğv edilir". Trend