Sosial şəbəkədə biz:

Universitetlərdə dövlət imtahanı ləğv olundu - RƏSMİ

13 March 2023, 14:29
Gündəm

Ali təhsil müəssisələrində dövlət imtahanı ləğv olunub.

Bunu APA-ya açıqlamasında Elm və Təhsil Nazirliyi Elm sektorunun müdiri Turxan Süleyman deyib.

O bildirib ki, yeni təhsil standartında dövlət imtahanı deyilən anlayış yoxdur:

"Bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər köhnə standartla təhsil alanlardır".