Sosial şəbəkədə biz:

Nazir Arif Alışanovun xanımına vəzifə verdi - FOTO

15 March 2023, 18:08
Gündəm

AzTV-nin sabiq sədri Arif Alışanovun xanımı Mehriban Əlişanovaya yeni vəzifə verilib.

Qaynarinfo xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə Mehriban Nadir qızı Əlişanova Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

Qeyd edək ki, bu vəzifəyə qədər Mehriban Əlişanova Hesablama Palatasının sosial xidmətlər üzrə auditoru vəzifəsində çalışıb.

Xatırladaq ki, KİV-də gedən məlumata görə, Mehriban Alışanova keçmiş sədrdən boşanıb.