Sosial şəbəkədə biz:

Azərbaycan, Rusiya və İran saziş imzalamağı planlaşdırır

19 March 2023, 01:26
Gündəm

Azərbaycan, Rusiya və İran “Şimal-Cənub” dəhlizinin quru dəmir yolu marşrutunun tamamlanması üçün tələb olunan sonuncu hissənin tikintisinə dair hökumətlərarası saziş hazırlayır.

Rusiya KİV-i xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlov jurnalistlərə bildirib.

"Nəqliyyat nazirlikləri iki hökumətlərarası saziş hazırlayır: bunlar İran-Rusiya və üçtərəfli Azərbaycan-Rusiya-İran sazişidir", - Pavlov MDB İqtisadi Şurasının kuluarlarında deyib.

Məlumata görə, sənədin 2023-cü ildə imzalanması planlaşdırılır.