Sosial şəbəkədə biz:

Prezident ​İlham Əliyev: ''Hesab edirəm ki, Vyana görüşü uğurlu oldu''

27 May 2016, 22:47
Gündəm
Azərbaycan tezliklə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi, substantiv danışıqların başlanmasını gözləyir. "Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib. "Hesab edirəm ki, Vyana görüşü uğurlu oldu. Biz tez bir zamanda, yubadılmadan çox ciddi, vasitəçilərin dediyi kimi, substantiv, yəni məzmunlu danışıqların başlanacağını gözləyirik", - deyə dövlət başçısı bildirib. Bununla yaqaşı o qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil. "Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Başqa yol yoxdur. BMT-nin dörd qətnaməsi yerinə yetirilməlidir", - deyə Azərbaycan prezidenti əlavə edib.