Sosial şəbəkədə biz:

“HDP PKK-ya bərabərdir, xalqım düşünsün” - ƏRDOĞAN

23 March 2023, 11:07
Gündəm

“Xalqların Demokratiyası Partiyası (HDP) terror təşkilatı PKK-ya, YPG/PYD-yə bərabərdir. Bu bərabərlikdə Cümhuriyyət Xalq Partiyasının yeri hardadır, qoy xalqım düşünsün”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayınmındakı müsahibəsində bildirib.

O, HDP-nin əvvəldən “6-lı masa”nın ortağı olduğunu qeyd edib.

Ərdoğan, həmçinin, 14 mayda keçiriləcək seçkilərdə Cumhurittifaqının qalib gələcəyinə dair şübhəsinin olmadığını vurğulayıb.

Bundan əlavə, o, digər siyasi partiyaların Qarabağ, Liviya, PUA-lar və digər milli məsələlər ilə bağlı problemlərinin olmadığını deyib.

Onun sözlərinə görə, bu məsələ Cumhurittifaqına qatılmaqlarında da problem yaratmır.