Nazilədən Rövşanəyə atmaca: “Bəyəm sən Opra Uinfrisən?“
"Rövşanə xanım xətrinizə dəyməsin, amma mənə elə gəlir ki, verilişinizə gəlməmişdən əvvəl insan bir az düşünməlidir ki, gedim ya getməyim".
Bu sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.
Sənətçi "Space səhər" verilişində qonaq olan Əməkdar artist Nigar Şabanovaya qarşı aparıcı Rövşanə Ağasəfqızının xoş olmayan rəftarını sərt şəkildə tənqid edib:
"Şəxsi həyatını paylaşmayan bir insana deyirsiniz ki, siz Sibel Can, Hülya Avşar deyilsiniz. Xoşunuza gələr sizə desələr ki, Larri Kinq, Opra Uinfri, Nailə İslamzadə, Lamiyə Ələkbərova, Leyla Quliyeva deyilsiniz. O nə müqayisədir?! O qız niyə kimsə olmalıdır?! Niyə bu cür yanaşırsınız? Bu cür doğrudur yanaşmaq?! Paylaşmır, paylaşmır da. Şəxsi fikridir. Əgər ittihamdırsa, özü də cavab verəcək".