Sosial şəbəkədə biz:

Azərbaycana bu ölkələrdən gələnlərin sayı artıb - Siyahı

30 March 2023, 17:50
Gündəm

Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 148 ölkəsindən 232,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, gələnlərin 32,4 faizi Rusiya, 21 faizi Türkiyə, 9,2 faizi İran, 5,7 faizi Gürcüstan, 3,8 faizi Hindistan, hər birindən 3,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, 1,9 faizi Küveyt, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,7 faizi Qazaxıstan, hər birindən 1,5 faiz olmaqla Ukrayna və Belarus, 1,4 faizi Özbəkistan, 1,3 faizi Türkmənistan, 10,6 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 77,5 faizini kişilər, 22,5 faizini qadınlar təşkil edib.  
Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 7,2 dəfə, Hindistandan - 6,7 dəfə, Özbəkistandan - 5,8 dəfə, Türkmənistandan - 5,1 dəfə, Belarusdan - 4,3 dəfə, Çindən - 3,6 dəfə, Qazaxıstandan - 2,4 dəfə, İsraildən - 1,9 dəfə, Omandan - 1,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,8 dəfə,  ABŞ-dan - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, Gürcüstandan - 1,5 dəfə, Rusiyadan - 1,5 dəfə, Böyük Britaniyadan - 1,5 dəfə, Türkiyədən - 33,4 faiz, Ukraynadan - 8,8 faiz, İrandan - 7,8 faiz artıb.
Ölkəmizə gələn əcnəbil və vətəndaşlığı olmayan şəxslərin 35,1 faizi dəmir yolu və avtomobil, 63,4 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.