Sosial şəbəkədə biz:

“Optimal Elektronika” şirkətinə qarşı iddia qismən təmin edildi

31 March 2023, 08:27
Gündəm

Bakı Kommersiya Məhkəməsində “Damla Mebel” MMC-nin “Optimal Elektronika” MMC-yə qarşı iddiasına baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iddia qismən təmin edilib.

Qeyd: “Damla Mebel” MMC “Optimal Elektronika” MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.