Sosial şəbəkədə biz:

Xəzərdə zəlzələ oldu

29 May 2016, 10:28
Gündəm
Bu gün səhər saatlarında Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, yerli vaxtla saat 07:45-də Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 46 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb. Qeyd edək ki, dünən yerli vaxtla 14:02-də də Xəzər dənizində zəlzələ qeydə alınmışdı. Maqnitudası 3.7, dərinliyi 49 km olan həmin zəlzələ də hiss edilməmişdi.