Ata Abdullayev əfv olunmaq istəyir
Həbsdə olan bloger Ata Abdullayev əfv olunmasını istəyir.
O, bununla bağlı Prezident yanında Əfv Məsələləri Komissiyasına müraciət edilib.
Xatırladaq ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin mart ayında həbs olunub. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.