Sosial şəbəkədə biz:

Tarif Şurasının iclaslarının keçirilməsi qaydası dəyişdi

07 April 2023, 17:54
Gündəm

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının iclaslarının keçirilməsi qaydası dəyişib.
Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, bu vaxta qədər Şuranın iclasları onun üzvlərindən azı səkkiz nəfər iştirak etdikdə baş tutmuş sayılırdı.
Bu tələb doqquza qaldırılıb. Yəni bundan sonra Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq.