Üçüncü "TOGG" Özbəkistan prezidentinə təhvil verildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şevkət Mirziyoyevə Türkiyə istehsalı olan "TOGG" elektrik avtomobilini hədiyyə edib.
Bu barədə "ÖzbekistanHaber" məlumat yayıb. Bununla da indiyə qədər "TOGG" avtomobilinə üç prezident sahib olub.
Türkiyə istehsalı olan bu avtomobili ilk əldə edən Rəcəb Tayyib Ərdoğan olub. Türkiyə Prezidenti ikinci "TOGG"-u Azərbaycan Prezidenti İlham Əliyevə, üçüncünü isə Şevkət Mirziyoyevə hədiyyə edib.
Qeyd edək ki, ilk avtomobili Prezident Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə Ankara Beştepedəki Prezident Külliyesində sınaqdan keçirmişdi.

Musavat.com