Sosial şəbəkədə biz:

“Öləndən sonra onun haqqında şirə dönmək qorxaqlıqdır!” - Mehriban Xanlarova

10 April 2023, 09:02
Gündəm

Əməkdar artist Mehriban Xanlarova mərhum Azər Paşa Nemətov barədə status yazan aktyorlara üsyan edib.

Bu barədə aktrisa instaqramda paylaşım edərək onları qorxaq adlandırıb:

“Sosial şəbəkələrdə oxuyuram ki bu gün dünyasını dəyişən və hələ dəfn olunmamış Azər Paşa Nemətovun haqqında artıq-əskik danışırlar. Ölən insanın arxasınca artıq-əskik danışmaq insanlığa sığmır! Cəsarəti çatan sözünü çıxıb deyərdi! Kimsə öləndən sonra onun haqqında “şirə dönmək” qorxaqlıqdır! Bu ölümdən hamı üçün var! Kimə rəhmət düşür, ya düşmür - Allahın biləcəyi işdir!”.