Sosial şəbəkədə biz:

Xalq artisti: "Fəxri adlar yaşa görə yox, işə görə verilməlidir"

11 April 2023, 16:49
Gündəm

"Fəxri adlar yaşa görə yox, işə görə verilməlidir. Teatrda rollar əmioğlu, bibioğlu prinsipi ilə bölünməməlidir".

Bunu Xalq artisti Nurəddin Mehdixanlı “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.

O bildirib ki, teatrların kommersiya layihələri olmalıdır:

"Həmçinin teatrda ciddi nizam-intizam olmalıdır. Hər şey ədalət prinsipinə əsaslanmalıdır. Onda çox şey həll olunacaq".