Sosial şəbəkədə biz:

“12-ci İmam Mehdi” işində ziddiyyət- 200 min borcu olan adam necə xeyriyyəçilik edib- Video

14 April 2023, 20:06
Gündəm

“12-ci İmam Mehdi” kimi qələmə verilərək həbs edilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam edir. Azinforum.az olaraq bu cinayət işi ilə bağlı bəzi maraqlı detalları araşdırmışıq. Bu iş üzrə nə az-nə çox, düz 40 nəfər zərərçəkən qismində tanınıb və hələ də məhkəmədə onların ifadə vermələri davam edir. Hər ifadə verənin danışığından sonra daha da çox suallar ortaya çıxır.


Məhkəmə prosesində ilk ifadə verənlərdən biri Anar Aslanovdur. Məlumatlı şəxslər bildirir ki, bu şəxs Aqil Babayevin yanında olan, onun ətrafında gəzənlərdən biri olub. İlk vaxtlar xırda alqı-satqı ilə məşğul imiş, Aqil Babayevin yanına gələndən sonra biznesini böyüdərək , maşın alverinə qoşulub. 2021-ci iyunun 8- i saat 23:50-də (Aqil Babayevin evindən pullar aparılan gün) Anar Aslanov birbaşa həmin hadisənin iştirakçısı olub. Həmin hadisədən bir necə saat əvvəl isə Anar Aslanov Aqil Babayevin bağ evininə basqın edərək, güya onun qadınlara qarşı əxlaqsız hərəkət edib-etməməsini aydınlaşdırmaq istəyib. Cinayət materiallarında bildirilir ki, Aqil Babayev həmin adamlara və onunla birlikdə bağa basqın edənlərə özü bunu etiraf edib. Müəmmalı deyilmi? Əgər Aqil Babayev bunu etiraf etmiş idisə, onda niyə istintaqda Aqil Babayevə buna uyğun maddəylə cinayət işi açılmır, istintaq üçün sübut edilməsi daha çətin olan dələduzluqla iş açılır? Və ya Anar Aslanov bu etirafı eşitdiyi halda, necə su kranını dəyişmək üçün Aqil Babayevin evinə gedə bilir? Bu hansı əxlaq və məntiqə sığır?


Anar Aslanov istintaqa da verdiyi ifadədə bildirilir ki, həmin gecə Aqilin evindən 520 min manata yaxın pul götürüb. Deməli, bu olub iyun ayının 12-də, istintaq da bunu ifadə kimi qəbul edir. Ancaq Aqil Babayev iyun ayının 11-də, yəni ondan 1 gün öncə ifadə versə də, evindən oğurluq olduğunu söyləsə də, bu məsələ araşdırlmamış qalıb, məsələyə heç toxululmayıb da. Bu məsələnin qaranlıq qalan bir tərəfi. Məsələnini ikinci maraqlı tərəfi isə odur ki, Anar Aslanov istintaqa verdiyi ilk ifadəsində bildirib ki, Aqil Babayevin ona 306 min manat borclu olub, o isə götürdüyü 520 mindən öz borcunu götürüb, qalanını polisə verib ki, pulları qaytarsın. Deməli, məntiqlə Aqil Babayev buna borclu olubsa və Anar da pulu götürübsə avtomatik Aqil Babayev bu pulu qaytarmış hesab olunur.

Lakin bir müddət keçəndən sonra Anar Aslanov ifadəsini dəyişir və Aqilin ona 560 min borclu olduğunu deyir. Bu ifadəsi ilə Aqil Babayevi yenə borclu hala salır. Anar Aslanovun orta əsrlərdəki kimi özünün ədaləti bərqərar etmək istəyini, su kranı düzəltmək adı ilə gecə saatlarında başqasının evinə soxulmasını da qoyuruq bir kənara. Onun sonra verdiyi ifadələrdəki ziddiyyətli məqamlar xüsusilə diqqəti çəkir. Əgər hər şey Anarın dediyi kimidirsə, onda niyə evdən götürdüyü pulu polisə veririb? Elə ordan öz pulunu götürə bilərdi. Bundan əlavə Anar Aslanov 12 iyun 2021-ci ildə verdiyi ifadəsində bildirir ki, “Pakdad” restoranların sahibinə 200 min dollar borcludur bə həmin restoranın sahibi də bunu təsdiqləyir.

Amma bir tərəfdən də deyir ki, kasıb ailələrə ev tikdirməsi üçün Aqil Babayevə kalan pul verib. Sizcə bu nə qədər həqiqətə uyğun olan ifadədi? Bu qədər borcu olan bir şəxsin xeyriyə üçün pul verməsi hansı məntiqə uyğundur? Bir sözlə, bu işdə ziddiyyətli məqamlar çoxdur. Azinforum.az olaraq bu işlə əlaqəli olan bütün maraqlı məqamlara aydınlıq gətirməyə çalışacayıq. Mövzu ilə bağlı hazırladığımız videomaterialı təqdim edirik:

https://youtu.be/WpdRMD_6CFc