Sosial şəbəkədə biz:

“Bu hadisə Bakının sərt siyasətinin düzgünlüyünü bir daha göstərir” – Ramiz Yunus

16 April 2023, 10:43
Gündəm

“Ermənistanın paytaxtı İrəvan şəhərində Ağir Atletika üzrə Avropa Çempionatinin açılışı zamanı bütün tamaşaçıların və idmançıların gözü qarşısında Azərbaycan bayrağı yandırılıb. İndi mən dünyanın bütün erməni lobbiçilərinin bu cinayəti haqqında mövqeyini eşitmək istərdim”.

Bu sözləri Vaşinqtonda yaşayan tanınmış azərbaycanlı təhlilçi Ramiz Yunus “Feysbuk” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu ağır cinayət Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini yaxınlaşdırmır, əksinə, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası məsələsində sərt siyasətinin düzgünlüyünü bir daha göstərir.

“Bizim başqasının torpağında gözümüz yoxdur, amma öz ərazimizi heç kimə bir daha verməyəcəyik!”,- Yunus vurğulayıb.