Sosial şəbəkədə biz:

İrəvan KTMT missiyasını öz ərazisində yerləşdirməyə razılaşdı

20 April 2023, 12:41
Gündəm

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasını öz ərazisində yerləşdirməyə hazırdır.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, ölkəsi KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazırdır, lakin bunun effektiv olması lazımdır.

Paşinyan vurğulayıb: “Ermənistan buna hazırdır. Arzumuz və istəyimiz mümkün missiyanın effektiv olmasıdır”.

Onun sözlərinə görə, bu addımın atılması, həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir: “Biz bu istiqamətdə işimizi davam etdiririk”.

Paşinyan onu da əlavə edib ki, Ermənistanın KTMT qarşısında öhdəlikləri olduğu kimi, KTMT-nin də Ermənistan qarşısında təhlükəsizliyin təmin edilməsi kimi öhdəlikləri var.

“Avropa İttifaqı Missiyası ilə KTMT-nin missiyasını müqayisə etmək olmaz. KTMT missiyasından gözləntilərimiz Aİ missiyasından daha çox olmalıdır”, - Paşinyan bildirib.

Xatırladaq ki, bu yaxınlarda KTMT Ermənistan və Azərbaycan sərhədinə missiya göndərmək üçün layihə hazırlayıb.