Sosial şəbəkədə biz:

Şeyx: Əfv Komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə baxılır

21 April 2023, 10:44
Gündəm

“Əfv Komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə də baxılır”.

Bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

O, Əfv Komissiyasının iclaslarında iştirak etdiklərini bildirib: “Müraciətləri oxuyan zaman görürük ki, əvvəlcə inkar etsələr də, sonradan öz günahlarını qəbul edirlər”.

A.Paşazadə vurğulayıb ki, ömürlük məhbuslarla bağlı müəyyən fikirlər var: “Bu, birbaşa dövlət başçısının səlahiyyətində olan bir məsələdir”.