“Agroterm”dən sonra “Green Tree” də kapitalını azaldır
Şabran rayonu ərazisində meyvəçiliklə məşğul olan “Green Tree” MMC nizamnamə kapitalını azaldır.
“Green Tree” MMC nizamnamə kapitalının 5 milyon 547 min 604 manatdan 5 milyon 297 min 604 manatadək azaldığını elan edib.
Bildirilir ki, nizamnamə kapitalının azaldımasi ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Nəsimi r-nu, Kaveroçkin küçəsi, ev 21, m41 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Green Tree” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Elmar Əliyevdir.
Onu da bildirək ki, Elmar Əliyevin rəhbərlik etdiyi daha bir şirkət - “Agroterm” MMC də ötən ilin sentyabr ayında nizamnamə kapitalının azaldılması ilə bağlı qərar qəbul edib. “Agroterm” MMC-nin nizamnamə kapitalı 24 milyon 712 min 455 manatdan 23 milyon 712 min 455 min manata qədər azaldılıb.
“Agroterm” MMC ölkənin aparıcı pomidor istehsalçısı və ixracatçılarından biri hesab olunur. Yeniavaz.com