Sosial şəbəkədə biz:

Peskovun oğlu "Vaqner" dəki xidmətindən danışdı

24 April 2023, 10:23
Gündəm

“Vaqner” özəl hərbi şirkətində artilleriyaçı vəzifəsində çalışan Kreml rəsmisi Dmitri Peskovun oğlu Nikolay ailəsinin onun müharibəyə getməsinə reaksiyasından danışıb.

Nikolay Peskov ailənin onu dəstəklədiyini, ancaq bunun dərhal olmadığını söyləyib: “Dərhal deyil, əlbəttə ki, biz bir az şoka düşdülər. Narahat oldular, amma qərarıma hörmətlə yanaşdılar və mənə dəstək oldular”

Daha əvvəl "Vaqner"in təsisçisi Yevgeni Priqojin Rusiya prezidentinin mətbuat katibinin oğlunun həri şirkətdə xidmət etdiyini bildirmişdi. Onun sözlərinə görə, Nikolay tamamilə yaxşı xidmət edir.