Sosial şəbəkədə biz:

Pənah Hüseynin partiyası REAL-la birləşmək istəyir?

26 April 2023, 17:27
Gündəm

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn partiyasının Respublikaçı Alternativ Partiyası ilə (REAL) birləşmək istəsə də, REAL-ın bu təklifi rədd etməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

 P.Hüseyn açıqlamasında məlumatın yalan olduğunu deyib.

O bildirib: “REAL sədri İlqar Məmmədovla görüşdə sadəcə ictimai-siyasi vəziyyət, “Siyasi partiyalar haqqında” Qanunun tətbiqi ilə bağlı yaranmış siyasi vəziyyət barədə fikir mübadiləsi olub”.