Sosial şəbəkədə biz:

Dövlət Gömrük Komitəsinin kollegiyası yenidən təşkil edildi - SƏRƏNCAM

07 May 2023, 01:28
Gündəm

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kollegiyası yenidən təşkil edilib.

Bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Kollegiya aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Kollegiyanın üzvləri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavinləri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin rəisləri.