Sosial şəbəkədə biz:

Türk gəmisi artilleriya atəşinə tutuldu: Ölən və yaralananlar var

11 May 2015, 15:39
Gündəm
Hücum zamanı gəmi beynəlxalq sularda olub. Liviya sahillərində Tobruk limanına yaxınlaşarkən türk şirkətinə aid “Tuna-1” yük gəmisi qurudan artilleriya atəşinə məruz qalıb. Oxu.Az xəbər verir ki, bu barədə Reuters Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Sahildən artilleriya atəşinə məruz qaldıqdan sonra gəmiyə havadan zərbələr ednirilib. Nəticədə 3-cü kapitan həyatını itirib, bir neçə ekipaj üzvü yaralanıb. Nazirlikdən bildiriblər ki, hücum zamanı gəmi beynəlxalq sularda olub.