Sosial şəbəkədə biz:

“Azərsu” ASC-yə qarşı iddia qismən təmin olunub

11 May 2023, 08:36
Gündəm

Bakı Kommersiya Məhkəməsində "Səfalı Ticarət Mərkəzi" MMC-nin “Azərsu” ASC-yə qarşı iddiasına baxılıb.

Hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iddia qismən təmin olunub.

Qeyd: "Səfalı Ticarət Mərkəzi" MMC “Azərsu” ASC-ni məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - istehlak edilmiş su haqqının ödənilməsi barədə tələb irəli sürüb.