Sosial şəbəkədə biz:

Azərbaycanda 13 yaşlı oğlan və 4 yaşlı qız əcnəbilərə övladlığa verilib

31 May 2016, 19:36
Gündəm
2016-cı ildə Azərbaycanda əcnəbilər tərəfindən 2 övladlığa götürmə faktı qeydə alınıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin sektor müdiri Seymur Məmmədov məlumat verib. O bildirib ki, uşaqlar azərbaycanlı xanımlarla ailə quran Böyük Britaniya və Türkiyə vətəndaşlarına övladlığa verilib. S.Məmmədov qeyd edib ki, əcnəbilərə övladlığa verilən uşaqlardan biri 13 yaşlı oğlan, digəri isə 4 yaşlı qız uşağıdır. (APA)