Sosial şəbəkədə biz:

Məmmədyarovla Nalbandyanın görüşü ləğv olundu

31 May 2016, 21:57
Gündəm
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Edvard Nalbandyanın iyunda gözlənilən görüşü baş tutmayacaq. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan məlumat verib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ləğv olunub. Balayan iyunun 2-də Nalbəndyanın Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşməyi planlaşdırdığını qeyd edib. Görüşün niyə ləğv olduğunun səbəbi isə hələlik açıqlanmayıb.