Hər bir Azərbaycan vətəndaşı ayda 405 manat pul xərcləyir – RƏSMİ
Bu ilin ilk 4 ayı ərzində Azərbaycanda əhalinin bir nəfəri orta hesabla ayda 404,7 manatlıq, o cümlədən 233,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 171,4 manatlıq qeyri-ərzaq malları alıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin bir nəfərinin xərclədiyi aylıq vəsaitin məbləği 58 manat artıb.
Belə ki, ötən ilin ilk 4 ayında əhalinin bir nəfəri orta hesabla ayda 346,7 manat xərcləyib.
Onu da bildirək ki, ötən ilin ilk 4 ayında xərclənən vəsaitin 57,1%-i (197,8 manat) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşürdüsə, bu ilin ilk 4 ayında xərclənən vəsaitin 57,6%-i (233,3 manat) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşüb.