Sosial şəbəkədə biz:

"Ukrayna ordusu Baxmutu əldə saxlayır, irəliləyiş var" - Çerevatı

22 May 2023, 09:00
Gündəm

"Ukrayna Silahlı Qüvvələri Baxmutun cənub-qərb hissəsində binaları və istehkamları qoruyub saxlayır".

Ukrayna Ordusunun Şərqi Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı telemarafonun efirində bildirib.

“Müdafiəçilərimiz şəhərin cənub-qərb hissəsində bir neçə bina və istehkamı saxlayırlar. İtki riski az olan yerdə bölmələrimiz düşmənə əks-hücum edərək irəliləməyə çalışır. Xüsusilə, son 24 saat ərzində bəzi ərazilərdə 200 metrlik bölgədə irəliləyiş müşahidə olunub”, - Çerevatı bildirib.

O qeyd edib ki, Baxmut Rusiya ordusu üçün prioritet hədəf olaraq qalır və onlar hələ də şəhəri tam nəzarət altına almağa çalışırlar.