Sosial şəbəkədə biz:

Yüksək vəzifəyə təyin edilən polkovnik keçmiş nazirin oğludur - FOTO

22 May 2023, 17:46
Gündəm

Xəbər verdiyimiz kimi, polkovnik Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Qafqazinfo xəbər verir ki, Azər Məmmədov 1987-1990-cı illərdə Azərbaycanın daxili işlər naziri olmuş tanınmış dövlət xadimi Aydın Məmmədovun oğludur.

1969-cu il təvəllüdlü A.Məmmədov uzun müddət polis orqanlarında xidmət edib. Onun son iş yeri isə Daxili İşlər Nazirliyində Daxili Təhqiqat İdarəsinin rəis müavini vəzifəsi olub.
Fotoda keçmiş nazir Aydın Məmmədov