Sosial şəbəkədə biz:

Nişanlı gənclərin faciəvi sonu - “Heç balalarının öldüyündən xəbəri yoxdur” - Video

24 May 2023, 08:06
Gündəm

Mayın 22-də Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Nəticədə beş nəfər həyatını itirib. Onlardan dördü bir ailənin üzvləridir.

Baku TV-nin əməkdaşı həlak olanların ailəsində olub, qəzanın təfərrüatını araşdırıb.

Məlum olub ki, hadisə həlak olan cütlük üçün Bakıya nişan üzüyü almağa gedərkən baş verib. “Səhər saat 8-də yola saldım, 9-da zəng edildi ki, xəstəxanaya gəlin. Bacım komadadır. Heç balalarının öldüyündən xəbəri yoxdur. Qızı mənim gəlinimdir. Oğlu da, gəlini də ölüb”, - deyə qəzadan sağ çıxan qadının bacısı, həlak olan Məhərrəm Səmədovun anası deyib. 

https://www.youtube.com/embed/yIa_viNdUeU