Sosial şəbəkədə biz:

32 il sonra Cəbrayılda şəhid oğlunun məzarını qucaqladı - FOTO

24 May 2023, 08:23
Gündəm

Birinci Qarabağ müharibəsi zamanı şəhid olan Qasımov Çingiz Musa oğlunun anası Şəfiqə xanım övladının məzarını ziyarət edib.

Ananın arzusu 32 il sonra reallaşıb.

Qeyd edək ki, Qasımov Çingiz 1991-ci ildə könüllülərdən ibarət batalyona yazılıb. O, Cəbrayılın Daşbaşı kəndi uğrunda gedən döyüşlərdə 21 yaşında şəhid olub. Şəhidimiz Cəbrayılın Şəhidlər xiyabanında torpağa tapşırılıb.