Sosial şəbəkədə biz:

Havanın pisləşəcəyi ilə bağlı - Xəbərdarlıq

01 June 2016, 14:32
Gündəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb. Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, Bakıda və Abşeron yarımadasında iyunun 02-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Azərbaycanın rayonlarında iyunun 01-i axşamdan 03-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.