Sosial şəbəkədə biz:

Ermənistanda polkovnik-leytenant həbs edildi - Rüşvət alarkən

02 June 2016, 12:11
Gündəm
Ermənistan Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəlisi həbs edilib.Qafqazinfo” xəbər verir ki, məlumatı Ermənistanın müdafiə nazirinin mətbuat xidməti də təsdiqləyib. Artsrun Ovannisyan bildirib ki, hərbi polis əməkdaşları hərbi komissarlığın əməkdaşı, polkovnik-leytenant Şant Avetisyanı 5000 dollar məbləğində rüşvət alarkən tutublar. Onu 8 ilə qədər həbs cəzası gözləyir.