Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı kəskin artıb
2022-ci ildə İsraildən Azərbaycana səfər edənlərin sayı əvvəlki illə müqayisədə 4 dəfə artaraq 23 min 935 nəfər təşkil edib.
Azinforum.az Dövlət Turizm Agentliyindən verilən məlumata istinadən xəbər verir ki, 2023-cü ilin ilk 5 ayında Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70% artaraq 8 min 611 nəfər olub.
Hazırda Təl-Əvivdən Bakıya həftədə 7 dəfə olmaqla birbaşa uçuşlar təşkil olunur.