Fransa Ermənistana zirehli texnikalar göndərir
Fransa Ermənistana 50 ədəd "VAB MK 3" model zirehli transportyor verəcək.
Bu barədə "Sputnik Armenia" nəşri məlumat yayıb.
Zirehli texnikanın göndəriləcəyi ilə bağlı dəqiq vaxt hələlik açıqlanmır.
Qeyd olunub ki, İrəvanın “Bastion” və “Şerpa” zirehli maşınlarının alınması imkanları da nəzərdən keçirilir.