Sosial şəbəkədə biz:

Müharibə iştirakçısı veteranlıq statusu ala bilmədiyini deyir - VİDEO

15 June 2023, 08:54
Gündəm

Ömər Hüseynov İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. Deyir, Qubadlı rayonunda gedən döyüşlərdə iştirak edib. Ö.Hüseynovun sözlərinə görə, Müdafiə Nazirliyinə rəsmi müraciət etsə də, ona veteranlıq statusu verilmir. 

MN-nin sözçüsü Anar Eyvazov Toplum tv-yə bildirib ki, şikayətçi ünvanladığı müraciətdə lazımı bütün sənədləri göndərməyib. Ona  konkret hansı sənədlərlə müraciət etməsi barədə məktub göndərilib. 

Ö.Hüseynov deyir ki, məktubu alıb və yenidən müraciət edib. Hələlik isə müraciətinə cavab almayıb.

https://www.youtube.com/watch?v=drUtFXEnz4g&t=7s