Sosial şəbəkədə biz:

Siyavuş Novruzov: Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz

15 June 2023, 08:56
Gündəm

Mən Milli Məclisdə dini komitənin sədri olduğum 5 il müddətində “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuluna mane oldum. Süni mayalanma ilə uşaq dünyaya gətirməzlər”.

Milli Məclisin deputatı Siyavuş Novruzov parlament iclasındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi "milli mentalitetimizə" uyğun deyilvə süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz. 

Qeyd edək ki, Azərbaycanda "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin qəbulu uzun illərdir gündəmdə olmasına baxmayaraq, sənəd indiyəcən qəbul edilməyib. 

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev ötən ay verdiyi açıqlamada parlamentin qarşısında duran ən vacib məsələlərdən birinin “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbulu olduğunu bildirmişdi. 

"Bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqlarının qorunmaması, ailə üzvlərinin istəyinə əsasən, qadının hamiləliyini süni şəkildə dayandırmağa məcbur edilməsi, bəzən də qadının yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edildiyi hallar mütərəqqi müddəalarla zəngin olan bu sənədin qəbulu ilə problemin hüquqi tənzimlənməsini vacib edir. Qanunun əsas özəlliyi də bu problemin həllində ailə planlaşdırmasının əlavə mexanizm kimi təsbit olunmasıdır”, - deyə o açıqlamasında vurğulamışdı. 


"Düzdür, hüquqi, tibbi və teoloji nöqteyi-nəzərdən baxa bilərik, mən daha çox teoloji istiqamətdə baxıram. Əgər Allah qismət etməyibsə, əleyhinə getmək olmaz. Bunu parlamentdə müzakirə etməyin heç bir yeri yoxdur. Əgər başqa ölkələrdə bunu tətbiq edirlərsə, özləri bilərlər. Məsələn, Rusiyada bir nəfər 40 uşaq dünyaya gətirir, ancaq bunu Azərbaycanda tətbiq etmək olmaz”, - deyə deputat açıqlamasında vurğulayıb.