Sosial şəbəkədə biz:

Qazi: "Məni cana yığıblar, bezmişəm"

16 June 2023, 14:07
Gündəm

Samir İsmayılov keçmiş hərbçidir. Deyir, Tərtər rayonunda xidmət etdiyi hərbi hissənin ərazisinə 2016-cı ildə Ermənistan ordusu tərəfindən minaatanlardan zərbələr endirilib. 

Atılan mərmilərdən birinin dalğası onun kontuziya almasına səbəb olub. Buna görə 2017-ci ildən etibarən Samir İsmayılova üçüncü qrup əlil kimi pensiya təyin edilsə də, 5 il sonra təkrar müayinə zamanı əlillik dərəcəsi ləğv edilib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Toplum Tv-yə bildirilib ki, müayinə nəticəsində onun hazırki diaqnozunun əlillik təyinatına əsas vermədiyi, sağlamlıq vəziyyətində də artıq əlillik əlaməti olmadığı müəyyən edilib və özünə də bu barədə məlumat verilib.

Hüquqşünas Xalid Bağırov məsələ ilə bağlı deyir ki, şikayətçi daha əlil sayılmırsa, yenidən hərbçi kimi işlə bərpa edilməlidir. Bu isə böyük ehtimalla reallaşmayacaq.

https://www.youtube.com/watch?v=acXfafoE2zA&t=21s