Sosial şəbəkədə biz:

Göyçayda söküntü işləri SAKİNLƏRİ narazı saldı -VİDEO

18 June 2023, 11:20
Gündəm

20 ildən çoxdur ki, həyətlərinə yaxın olan əraziləri abadlaşdıraraq bağ salıblar. İndi isə həmin torpaqlar sakinlərin əlindən alınır.

Söhbət Göyçayda Göyçay çayının sahil mühafizə zolağının yaxınlığında olan həyətlərdən gedir.

Bir qrup  sakin  onların həyətyanı ərazilərinin ətrafının şəhər bələdiyyəsi tərəfindən söküldüyünü bildirir.

Onların  sözlərinə görə, həmin ərazilərin bir hissəsi onların həyatyanı ərazisi olsa da qalan hissəsi isə Göyçay çayının sahil mühafizə zolağı olub. Çay məcrasını dəyişdickə həmin ərazilər daha da genişləndiyi üçün onlar həmin torpaqlardan istifadə etmək qərarına gəliblər. Həmin daşlıq ərazilərə kənardan torpaq  daşıyıyaraq bağ salıblar.

Sakinlər deyirlər  ki, həyətin hasarı söküldüyü üçün mal-qara onların bağlarda olan meyvə ağaclarını mənv edir.

Məsələ ilə bağlı Göyçay şəhər bələdiyyəsinin sədri Zöhrab Rəsulov bildirib ki, həmin ərazilər çayın mühafizə zolağıdır.

O, sahələrin vətəndaşlardan alınma məsələsinə də münasibət bildirib. 

Qeyd edilib ki, həmin ərazidə çayın mühafizə zolağında park  salınması nəzərdə tutulub.

https://www.youtube.com/watch?v=-VEA3cvvgew